Çökmə süxurlar
Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökməsi nəticəsində əmələ gəlir
Çökmə süxurlara nümunə olaraq qum(çöküntü mənşəli süxurlardan əmələ gəlmiş), çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır. Su hövzələrində və ya quruda toplanan süxurlar- çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlarla örtülmüşdür.
Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir.